"Report" xəbər verir ki, "Şaqman" markalı yük avtomobili hərəkətdə olarkən, arxadan "Daewoo" markalı minik maşınına çırpılıb. Hadisə zamanı "Daewoo"nun sürücüsü, 1975-ci il təvəllüdlü Səfərov Nazim Zöhrab oğlu ağır bədən xəsarəti alıb. O, təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya bədənin aşağı və yuxarı nahiyələrinin küt travması diaqnozu qoyulub.
Polis hadisənin təfərrüatını araşdırır.
Ramin Şahbazov