Hemilton Rusiya Qran-prisini qazandı

Hemilton Rusiya Qran-prisini qazandı
15:52 30 Sentyabr 2019
77 İdman
Ölkə mətbuatı
A- A+

"Mercedes"in pilotu Lüis Hemilton "Formula 1" üzrə Rusiya Qran-prisinin qalibi olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarışda ikinci yerə onun komanda yoldaşı Valteri Bottas, üçüncü yeri isə "Ferrari"nin pilotu Şarl Lekler tutub.

Hemilton bununla 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub. O, bundan əvvəl 2014, 2015 və 2018-ci illərdə Soçi yarışmasının birincisi olub.

Xatırladaq ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçirilib və Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 2020-ci ildə Bakıdakı yarış 5 - 7 iyunda olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/790358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR