Səbail RİH “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirib

Səbail RİH “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirib
14:29 16 Yanvar 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Səbail rayonunda “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, «Şəhidlər Xiyabanı» Kompleksində Səbail RİH tərəfindən «20 Yanvar» cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərargahları üçün inşa olunmuş inzibati binada rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu, «20 Yanvar» cəmiyyəti, Veteran Təşkilatları Şurasının və Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş təşkil olunub.

 

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub: “Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olublar. Ümummilli lider Heydər Əliyev  hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməyib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar”.

 

 

Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq bildiriblər.

 

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və  ərzaq bağlamaları  təqdim olunub. Tədbirdə qeyd olunub ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki «Cümə məscidi»ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR