“Milli hüzn və əzm gününün tarixi dərsləri” mövzusunda elmi sessiya

14:43 16 Yanvar 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Pərvanə İmanova, AzərTAc
Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Milli hüzn və əzm gününün tarixi dərsləri” mövzusunda elmi sessiya keçirilib.
AzərTAc xəbər verir ki, elmi sessiya Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilib.
Tədbirdə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov 20 Yanvar hadisələrinin xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olması, xalqımızın başına gətirilən bu dəhşətli faciənin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən kəskin pislənilməsi və dünya ictimaiyyətinə çatdırılması, Ümummilli Liderin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra bu hadisəyə hüquqi-siyasi qiymət verilməsi barədə danışıb.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR