Bakı, 14 may, AZƏRTAC
“Taliban” hərəkatı Əfqanıstanın paytaxtı Kabil şəhərindəki mehmanxanalardan birinə edilən hücumun məsuliyyətini öz üzərinə götürüb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, mayın 13-də axşam saatlarında 5 silahlı şəxsdən ibarət qrup xarici ölkə vətəndaşlarının şənlik keçirdiyi otelə hücum edib. Hücum nəticəsində ən azı 10 nəfər xarici vətəndaş həlak olub. ABŞ-ın Əfqanıstandakı səfirliyinin məlumatına görə ölənlər arasında bir nəfər amerikalı da var.
Xatırladaq ki, aprel ayının sonlarında “Taliban” hərəkatı Əfqanıstanda yaz əməliyyatlarının başlandığını bəyan edib. Hücumların əsas hədəfi kimi yerli və xarici təhlükəsizlik qüvvələri, həmçinin dövlət və diplomatik idarələr seçilib.