Mümkün maliyyə böhranı bütün dünyada biznesin aparılması üçün ən böyük riskdir. Bu barədə Dünya İqtisadi Forumunun (DİF) biznes rəhbərləri arasında keçirdiyi sorğunun nəticələrində deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, biznes liderlərinin fikrincə, mümkün maliyyə böhranları yaxın 10 il üçün ən böyük risk mənbəyidir.
Bundan başqa, əsas risklər sırasına kiberhücumlar və işsizlik və ya natamam məşğulluq daxildir.
133 ölkənin 12,897 min biznes lideri arasında aparılan sorğu DİF tərəfindən Davosda yanvar forumu ərəfəsində dərc edilən qlobal rəqabətqabiliyyətlilik haqqında hesabatın tərkib hissəsini təşkil edir.
Bildirilir ki, kiberhücumlar sürətli inkişafına və dağıdıcı potensialına görə ən böyük risk olaraq qalır.
Həmçinin kiberhücumlar Şimali Amerika və Avropada ən böyük risk hesab edilir.
Ekoloji risklər su böhranlarının qeydə alındığı Cənubi Asiyada və təbii fəlakətlərin baş verdiyi Şərqi Asiya və Sakit okean regionunda daha çox narahatlıq doğurur.
Almaniyanın "Munich Re" sığorta şirkətinin məlumatına görə, 2018-ci ildə dünyada baş verən təbii fəlakətlər 160 milyard dollar məbləğində iqtisadi ziyan vurub. Bu göstərici bir sıra dağıdıcı tufanların qeydə alındığı 2017-ci ildə 350 milyard dollar təşkil edib. Son 30 ildə inflyasiyaya edilən düzəlişlə orta göstərici 140 milyard dollara bərabər olub.
Milli.Az
Dünya İqtisadi Forumu biznesin aparılması üçün əsas riskləri açıqlayıb
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Heç vaxt sözündən dönməyən 4 bürc
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Dollarla bağlı mühüm açıqlama
Bu gün
·
02:14
Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü
Bu gün
·
00:42
"Qəbələ" Elvin Camalovu heyətinə qatdığını açıqladı
Bu gün
·
00:39
"Məni iki dəfə vurdu, sonra boğdu"- Şəmkirdə nə baş verir?
Bu gün
·
00:21
Deputat 13 saat parlamentin tualetində qaldı
Dünən
·
23:55
18 yaşlı futbolçu üçün nəhənglər sıraya düzüldü
Dünən
·
23:49
Pakistan Hindistana nota verdi
Dünən
·
23:48
Heç vaxt sözündən dönməyən 4 bürc
Dünən
·
23:40
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Dünən
·
23:27
Bu 3 bürcün cibinə pul dolacaq
Dünən
·
23:12
Azərbaycanda zəlzələ oldu
Dünən
·
22:55
Bu ərazilərdə işıq kəsiləcək
Dünən
·
22:43
Gələn il səhiyyə xərcləri artacaq
Dünən
·
22:15
Manat gələn il də sabit qalacaq
Dünən
·
21:47
Azərbaycanın inflyasiya proqnozu açıqlandı
Dünən
·
21:29