İtaliyanın cənub-qərbindəki Lampeduza adasının 10 kilometrliyində içində miqrantların olduğu qayıq batıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İtaliya Sahil Mühafizə Xidmətinin açıqlamasına görə, hadisə nəticəsində 13 nəfər həyatını itirib, 22 nəfər xilas edilib.

Qeyri-hökumət təşkilatlarından verilən məlumata görə, 8-i uşaq olmaqla təxminən 30 miqrant itkin hesab edilir. Qayıq Tunisdən hərəkət edirdi.