Ermənistan prezidenti Rusiya vətəndaşını özünə müşavir təyin edib

Ermənistan prezidenti Rusiya vətəndaşını özünə müşavir təyin edib
14:02 8 Oktyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Armen Sarkisyan Rusiya vətəndaşı Georgi Asatryanı özünə müşavir təyin edib.
“Report” xəbər verir ki, məlumatı “Kommersant” qəzeti yayıb.
Bildirilib ki, o, Ermənistan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri olacaq.
“O, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan arasında əlaqələrin güclənməsi, eləcə də dövlət başçılarının administrasiyaları arasında təmasların fəallaşması ilə məşğul olacaq”, - deyə qəzet yazıb.
Məlumata görə, Asatryan Sarkisyanın ştatdankənar müşaviri vəzifəsini icra edəcək və ictimai əsaslarla işləyəcək. Armen Sarkisyan oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putinin Yerevana səfərindən sonra onu özünə müşavir təyin edib. Georgi Asatryan tarix elmləri namizədi, ABŞ-ın Yaxın Şərqdə antiterror fəaliyyəti və Əfqanıstan məsələləri üzrə mütəxəssisdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/sarkisyan-rusiya-vetendasini-ozune-musavir-teyin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR