“Samsung” şirkəti “Zero Bezel” seriyalı televizorlar buraxacaq

“Samsung” şirkəti “Zero Bezel” seriyalı televizorlar buraxacaq
14:35 8 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Samsung" şirkəti çərçivəyə malik olmayan "Zero Bezel" seriyalı televizorların buraxılışını planlaşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belnovosti" resursuna istinadən yazır ki, məlumata görə, artıq müvafiq əmtəə nişanı Avropa İttifaqının Əqli Mülkiyyət Bürosu tərəfindən qeydiyyata alınıb.

 

Yeni seriyalı televizorların təqdimatı 2020-ci ilin əvvəlində "Consumer Electronics Show" sərgisi çərçivəsində baş tutacaq.

 

Televizorların dizaynı və texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, şirkət tərəfindən kvant pikselli (QLED) ekranlarla təchiz edilən qurğuların təqdim ediləcəyi gözlənilir. Televizorlar çox nazik çərçivəli olacaq.

 

"Zero Bezel" markasına təkcə televizorlar deyil, eyni zamanda monitorlar aid ediləcək.

 

Qeyd edək ki, Cənubi Koreya istehsalçısı bir müddət əvvəl displey parametrləri quraşdırılan "The Wall Luxury" adlı televizor nümayiş etdirib.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63275-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR