Aerotaksi idarəetmə sisteminin sınaqları keçiriləcək

Aerotaksi idarəetmə sisteminin sınaqları keçiriləcək
07:52 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ Kosmik Agentliyinə (NASA) məxsus "Ames Research Center" tədqiqat mərkəzi "Uber" taksi servisi ilə birgə sərnişin hava nəqliyyatı monitorinq sisteminin sınaqları üzrə layihənin icrasına başlayıb. Proqramın məqsədi şəhər şəraitində aerotaksi vasitəsilə hava daşımalarının təşkilidir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "Urban Air Mobility" (UAM) adlanan monitorinq sistemi müxtəlif yaşayış məntəqələrində uçan nəqliyyatın idarəetməsini həyata keçirəcək. Tərtibatçıların sözlərinə görə, sistem kiçik hava gəmilərinə uçuş zamanı problemləri, o cümlədən toqquşma imkanını aradan qaldırmağa kömək edəcək. Birgə testlər zamanı hər iki şirkətin mütəxəssisləri yeni infrastrukturun yaradılması üçün lazımi informasiyanı müəyyənləşdirməyi planlaşdırırlar.

Bildirilir ki, söhbət təkcə uçan sərnişin nəqliyyatından deyil, həm də çatdırılma xidmətləri dronlarından gedir. Hazırda havaya tam işlək avianəqliyyatın qaldırılması nəzərdə tutulmur - ilkin testlər zamanı "NASA" və "Uber" kompüter sistemləri aşağı yüksəkliklərdə uçuşların müxtəlif ssenarisinin modelləşdirilməsi üçün birləşdiriləcək. Yaxın aylarda agentlik birgə işə hava daşımaları sahəsində fəaliyyət göstərən digər tərəfdaşları da cəlb etməyə hazırlaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR