Bakı. Trend:

Türkiyənin Mardin əyalətinin Nusaybin rayonu Suriya ərazisindən PKK terrorçuları tərəfindən atəşə tutulub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, insident nəticəsində 8 dinc sakin həlak olub, 35 nəfər isə yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin