Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb
00:42 13 Oktyabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 3-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycanı dünya çempionatında təmsil edən veteran cüdoçu Mübariz Cəfərov M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. M.Cəfərov Fransa, Rusiya, Portuqaliya və Gürcüstandan olan rəqiblərini məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Fransa təmsilçisi Cimmi Kadosa qalib gələn Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb. Bu Azərbaycan millisinin Mərakeşdə qazandığı 4-cü medal olub. 
Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad RəcəbliMəmməd Məmmədov mundialda 1-ci yeri tutublar.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-veteran-cudoculari-dunya-cempionatinda-daha-2-medal-qaza

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR