Azərbaycanlı milyarder terrorçuları maliyyələşdirməkdə ittiham olunur

Azərbaycanlı milyarder terrorçuları maliyyələşdirməkdə ittiham olunur
15:32 16 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Təhlükəsizlik Xidməti azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus “Lukoyl” və “Vetek” şirkətlərinə daxil olan təsərrüfat subyektlərini “terrorçuları maliyyələşdirmək”də ittiham edib.

Qafqazinfo Ukrayna KİV-ə istinadən xəbər verir ki, hazırda həmin subyektlərlə bağlı cinayət işi açılıb.

Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən, 2013-2014-cü illər ərzində “Lukoyl”un vəzifəli şəxsləri Feodosiya, Xerson, İsmail, Nikolaev və Odessa dəniz terminalları, həmçinin Ukraynanın qərb sərhədlərində yerləşən sərhəd buraxılış məntəqələri və Belorus sərhədi vasitəsi ilə dəyəri 2 milyard dollarla ölçülən 2 milyon tonluq neft qaçaqmalçılığı həyata keçiriblər.

Eyni zamanda, əldə edilən vəsaitin qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası separatçılarının maliyyələşdirilməsinə sərf edildiyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR