ABŞ hərbçilərini Suriyadan

ABŞ hərbçilərini Suriyadan çıxarmağa başlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, prezident Donald Trampın qərarı ilə min hərbçi Suriyadan çıxarılacaq:

"Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Bu səbəbdən ABŞ prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar qəbul edib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR