Azərbaycanın usta cüdoçuları dünya çempionatını 7 medalla başa vurublar

Azərbaycanın usta cüdoçuları dünya çempionatını 7 medalla başa vurublar
01:07 14 Oktyabr 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın usta cüdoçuları dünya çempionatını 7 medalla başa vurublar.
"Report" xəbər verir ki, Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 4-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.
Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçular Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. M-2 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan həmyerlimiz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. Bu, Azərbaycan millisinin Mərakeşdə qazandığı 7-ci medal olub. 
Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov mundialda 1-ci yeri, Müşviq Cəfərov isə 3-cü yeri tutub.




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-usta-cudoculari-dunya-cempionatini-7-medalla-basa-vurubl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR