Seda Sayan sərxoş halda polisə yaxalandı -

Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan içkili şəkildə avtomobil idarə etdiyi üçün cəzalanıb.

Metbuat.az bildirir ki, 56 yaşlı müğənni restoranların birində dostları ilə birlikdə yeyib-içdikdən sonra sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Müğənni altı aylıq sürücülük hüququndan məhrum edilib.

“İldə 2-3 dəfə avtomobil idarə edirəm. Onda da içkili şəkildə polis tərəfindən saxlanıldım”, - deyə müğənni qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR