Macarıstan yığması ilə oyunda zədələnən Riçard Almeydanın durumuna aydınlıq gəlib

Macarıstan yığması ilə oyunda zədələnən Riçard Almeydanın durumuna aydınlıq gəlib
13:37 14 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Macarıstan yığması ilə AVRO-2020-nin seçmə matçında meydanı vaxtından əvvəl tərk edən Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın zədəsi ciddi deyil.
Bu barədə “Report”a 30 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. Almeyda bildirib ki, 54-cü dəqiqədə diz nahiyəsindən aldığı zərbə nəticəsində ağrılar hiss edib. Bu səbəbdən, oyunu davam etdirməməsi məqsədəuyğun sayılıb.
“Qarabağ”ın oyunçusu oktybarın 19-da Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfər qarşılaşmasında meydana çıxmasının mümkünlüyünü əlavə edib.
Qeyd edək ki, Macarıstan yığmasının Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdiyi oyunun baş hakimi Dennis Higler 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu saymayıb. Hollandiyalı referi qarşılaşmadan sonra səhvinə görə üzr istəyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/macaristan-yigmasi-ile-oyunda-zedelenen-ricard-almeydanin-durumuna-aydinliq-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR