Tunisdə keçirilmiş prezident seçkilərinin qalibi məlum olub

Tunisdə keçirilmiş prezident seçkilərinin qalibi məlum olub
21:57 14 Oktyabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Tunisin Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Kais Səidin qələbəsini təsdiqləyib.
Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.
"Səid Tunisdə prezident seçkilərində 72,71% səslə qalib gəldi", - agentlik yazır.
Oktyabrın 13-də bildirilirdi ki, Səid Tunisdə prezident seçkilərində qələbə qazanıb. "Exit poll"un nəticələrində də prezident seçkilərində müstəqil namizəd Kais Səidin qalib gəldiyi bildirilirdi. "Sigma Conseil" şirkətinin keçirdiyi rəy sorğularında qeyd edilirdi ki, professor 76,9% seçisi səsi toplayıb.
Ötən gün Tunisdə prezident seçkilərinin ikinci turunun səsverməsi keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tunisde-kecirilmis-prezident-seckilerinin-qalibi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR