Azərbaycan beynəlxalq mədəniyyət festivalında - FOTO

Azərbaycan beynəlxalq mədəniyyət festivalında - FOTO
10:23 15 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində oktyabrın 12-13-də keçirilən “Irvine Global Village Festival” adlı beynəlxalq mədəniyyət festivalında Azərbaycan geniş təmsil olunub.

Publika.az xəbər verir ki, Kaliforniyanın ən böyük beynəlxalq mədəniyyət sərgilərindən olan sözügedən festivalda 50-dən çox ölkə iştirak edib.

Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına ölkəmiz haqqında geniş məlumat verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, əsrarəngiz təbiəti, memarlıq abidələri, qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi, musiqisi, həmçinin turizm imkanları barədə ətraflı məlumat əldə ediblər. Bundan başqa, milli geyimlərimiz, rəqslərimiz və mətbəximizdən nümunələr festival ziyarətçilərində xüsusi maraq oyadıb.

Festival iştirakçılarının Azərbaycan və onun mədəniyyəti ilə bağlı çoxsaylı sualları icma fəalları və Baş Konsulluğun əməkdaşları tərəfindən cavablandırılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/293105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR