Süni intellekt beyin fəaliyyətinin pozuntularını aşkarlayacaq

Süni intellekt beyin fəaliyyətinin pozuntularını aşkarlayacaq
10:35 15 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

RusiyaAlmaniya neyrofizioloqlar qrupu beyinin elektrik aktivlik siqnallarını analiz edən və onun fəaliyyətində müxtəlif pozuntuların izini aşkarlayan süni intellekt təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, süni intellektin əsasını birbaşa yayılan neyroşəbəkə təşkil edir. Bu növ neyron şəbəkələr çoxfunksional olmasa da, bir əsas tapşırıq əsasında ixtisaslaşan sürətli alqoritmlər yaratmağa imkan verir.

 

Neyroşəbəkə beyinin elektrik aktivlik siqnallarında oxşar qanunauyğunluqları axtara bilir. Tədqiqat çərçivəsində alimlər epilepsiya inkişafına meyilli altı siçovulun iki beyin nahiyəsindən daxil olan məlumatların analizini aparıblar.

 

Süni intellekt epilepsiyanın inkişafı ilə əlaqədar növbəti tutma zamanı beyinin qabığı və dərin strukturları arasında qarşılıqlı əlaqə növünün dəyişikliklərini nümayiş etdirib. Bundan başqa, onun hesablamaları sinir sisteminin normal vəziyyətdə, eləcə də tutma başlamazdan əvvəl bu nahiyələr arasında qarşılıqlı əlaqə tipini nəzərdən keçirməyə və müqayisə etməyə imkan verib.

 

Gələcəkdə bu alqoritmləri insan beyini haqqında məlumatların təhlili üçün miqyaslı süni intellektin yaradılmasında istifadə etmək mümkündür.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63441-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR