Bakıda qadını vurub qaçan sürücü tapıldı

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tapılıb.

Metbuat.az bildirir ki, məlumatına görə, paytaxtın Səbail rayonu, Salyan şosesi 32 ünvanında Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Aidə Rüstəm qızını vurub hadisə yerindən qaçan 1974-cü il təvəllüdlü Abbasov Zamir Tofiq oğluna məxsus 90 UK 674 dövlət nömrə nişanlı tünd boz gümüşü rəngli "KİA Sorento" markalı avtomobilin olduğu müəyyən edilib. Keçirilən əməliyyat-axarış tədbirləri nəticəsində avtomobil saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, oktyabrın 10-da saat 22 radələrində Səbail rayonu, Salyan şosesi 32-də yolu keçən Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Aida Rüstəm qızı naməlum avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs ərazidən qaçıb.

(trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR