Nazir müavini: “Məktəblərdə keçirilən Pedaqoji Şura iclasları bir çox hallarda formal xarakter daşıyır”

Nazir müavini: “Məktəblərdə keçirilən Pedaqoji Şura iclasları bir çox hallarda formal xarakter daşıyır”
17:02 15 Oktyabr 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

“Məktəblərdə keçirilən Pedaqoji Şura iclasları bir çox hallarda formal xarakter daşıyır”.
“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, əslində həmin iclaslarda məktəbləri narahat edən çox ciddi məsələlər müzakirə olunmalıdır.
O vurğulayıb ki, heç kim şura iclaslarının ildə 5 dəfə keçirilməsini tələb etmir: “Zərurət yarananda narahatedici məsələlər, yəni qərar qəbul etmək, fikir bildirmək, fikir mübadiləsi aparmaq üçün bir sıra məsələlər Pedaqoji Şuraların müzakirəsinə çıxarılmalıdır. Yaxşı olardı ki, bu il keçirilən şura iclaslarına Təhsil Nazirliyinin nümayəndələri də dəvət edilsin. Şəxsən mən böyük məmnuniyyətlə bu iclaslarda iştirak edə bilərəm. Çünki belə iclaslarda ortaya qoyulan təcrübələr bütün ölkə üçün faydalı ola bilər”.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mekteblerde-kecirilen-pedaqoji-sura-iclaslari-bir-cox-hallarda-formal

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR