Daha bir ölkədən Türkiyəyə qarşı SANKSİYA

Daha bir ölkədən Türkiyəyə qarşı SANKSİYA
09:13 16 Oktyabr 2019
154 Dünya
Ölkə mətbuatı
A- A+

Kanada Türkiyəyə silah tədarükünün dayandırılması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə “AFP” agentliyi Kanadanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunub ki, qərar rəsmi Ankaranın Suriyada apardığı hərbi əməliyyatın fonunda qəbul olunub. Kanada XİN “Barış pınarı” antiterror əməliyyatını bölgədəki “sabitliyi pozan” hərəkət adlandırıb.

“Bununla əlaqədar Ottava, Türkiyəyə silah ixracına yeni lisenziyaların verilməsini müvəqqəti olaraq dayandırıb” agentlik bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/293196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR