SENSASİYA! Qız alimlərin 400 il baş sındırdığı tənliyi həll etdi -

"Bunun dünya miqyaslı kəşf olacağını düşünmürdüm, sadəcə öz araşdırmam üzərində işləyirdim". Ukraynalı alim Marina Vyazovskaya öz əməyinin nəticəsini belə təsvir edib.

Metbuat.az xəbər verir ki, Marina bəşəriyyətin ən ağıllı beyinlərinin üzərində 400 il baş sındırdığı tənliyi 2 ilə həll edib.

Marinanın öhdəsindən gəlməyi bacardığı tənlik sonsuz sayda nöqtələrin 8 və 24 ölçülü fəzalarda necə yerləşdirildiyini, bir-birini təkzib etdiyini göstərir. Kiyevdən olan alim İsveçrə Texnologiya İnstitutunda işləyir. Həmkarları onun haqqında deyirlər: "O - riyazi rəssamdır. Əvvəlcə eskizlər düzəldir, sonra detallar əlavə edir". 2016-cı ildə Vyazovskaya riyaziyyat sahəsində ən nüfuzlu mükafatlardan birini - Salem Mükafatını alıb.


(baku.Ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR