Bakıda ər arvadını hamamda bıçaqladı

Bakıda arvadını bıçaqlamaqda təqsirli bilinən Akif Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Metbuat.az xəbər verir ki,cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Nizami rayonunda baş verib. Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi fərdi evdə yaşayan 1993-cü il təvəllüdlü Nəcəfova Fatimə Tahir qızı həyat yoldaşı Akif Nəcəfov tərəfindən yaşadıqları evin vanna otağında qarın nahiyəsindən bıçaqlanıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub. Cinayəti törətməkdə şübhəli bilinən Akif Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

(ölke.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR