Türk futbolçuların əsgər salamının efirə getməməsinin

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Fransa-Türkiyə oyununda türk futbolçuların qol sevinci zamanı əsgər salamının yayımlanmaması ilə bağlı yayınçı şirkət tərəfindən açıqlama verilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, matçın yayımını həyata keçirən "M6 Group" şirkəti həmin anların yayımlanmamasını UEFA-nın istəmədiyini bildirib. Şirkətin açıqlamasında deyilir:

"Hər hansı bir siyasi çağırışı yayımlamamağımız yönündə UEFA-nın özəl şərti var idi. Türkiyənin qolundan sonra və oyundan sonrakı reportajları zamanı hərbi salam verildi".

Qeyd edək ki, 1-1 hesabı ilə yekunlaşan matçda türk futbolçular qoldan sonra əsgər salamı göndərmişdilər və bu görüntülər yayımlanmamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR