Serj Sarqsyanın kürəkəni: "Paşinyan Ermənistanı sarı qəzetə çevirib"

Serj Sarqsyanın kürəkəni: "Paşinyan Ermənistanı sarı qəzetə çevirib"
20:17 16 Oktyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

“Baş nazir Nikol Paşinyan Ermənistanı sarı qəzetə çevirib”.
“Report” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni, Yerevanın Vatkandakı keçmiş səfiri Mikael Minasyan “Qraparak” qəzetində dərc etdirdiyi məqalədə bildirib.
Onun sözlərinə görə, Paşinyan Ermənistanı “Haykakan jamanak” qəzetinin baş redaktoru kimi idarə edir: “Söhbət heç də klassik sarı qəzetdən getmir. Onun idarəetmə prinsipləri və davranışında heç nə dəyişməyib. Sadəcə, o, redaksiyanın mikromühitini böyük miqyasla əvəzləyib. Biz indi “Haykakan jamanak” ölkəsində yaşayırıq”, - M.Minasyan yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/minasyan-biz-indi-haykakan-jamanak-olkesinde-yasayiriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR