2 yaşından əvvəl antibiotik uşaqlarda bu problemi yaradır - ALİMLƏR

2 yaşından əvvəl antibiotik uşaqlarda bu problemi yaradır - ALİMLƏR
22:42 16 Oktyabr 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

İki yaşından əvvəl körpələrdə antibiotik istifadəsi astma və piylənməyə səbəb olur. Bir araşdırmanın nəticələrinə görə, azyaşlı körpələrdə antibiotik bağırsaq florasını dəyişdirir və astma, xərçəng, piylənmə, diabet, depresiyadan infeksion xəstəliklərə qədər bir çox problemə səbəb olur. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, Helsinki Universitetində edilən bir araşdırma göstərir ki, iki yaşından əvvəl təkrarlanan antibiotik istifadəsi bağırsaq florasında dəyişikliklər edir və uşaqlarda həm astma, həm də piylənmə riskini artırır. Hər bir orqanın daşıdığı mikrobların sayı və birləşməsi fərqlidir. Sağlam bir insanda isə bu tarazlıq halındadır. Mikrobiyada mikroblar arasındakı bu tarazlığın pozulması xəstəliklərə səbəb olur . Xəstəliklər də bu mikrobiom balansını dəyişə bilir.

Digər tərəfdən antibiotiklərin istifadəsi isə mikrobları öldürdüyü üçün bağırsaq florasını pozur və bir çox xəstəliklərə səbəb olur. Mütəxəssislər uşaqlarda antibiotik istifadəsi zamanı çox diqqətli olmağı məsləhət görür. Antibiotik ehtiyacını təyin etmək üçün həm klinik, həm də laborator müayinələr edilməli olduğunu qeyd edir. Test nəticələrinə əmin olduqdan sonra antibiotik müalicəsinin başlaması, əks halda faydasından daha çox zərər verə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/794721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR