Redmi 8-in prosessoru zəifdir?

Redmi 8-in prosessoru zəifdir?
08:57 17 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Hələ bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi 8 smartfon modeli keçən ilki model ilə müqayisədə daha təkmilləşdirilmiş özəlliklər əldə edib. Lakin onun prosessoru keçən ilki modelin porsessoru ilə müqayisədə daha zəif olub. Bunun əsas səbəbini isə Xiaomi şirkətinin vitse-przidenti Lu Weibing istifadəçilərə başa salıb. Bu barədə Gizmochina saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Redmi 8 modeli Snapdragon 439 prosessoru ilə təchiz olunub. Keçən ilki Redmi 7 modeli isə Snapdragon 632 prosessoru ilə təchiz olunur.

Milli.Az technote.az-a istinadən bildirir ki, Lu Weibing-in sözlərinə əsasən Redmi 8-də bu cür prosessorun quraşdırılmasının əsas səbəbi şirkətin alıcılar arasında keçirtmiş olduğu sorğu olub. Belə ki, şirkət alıcılar arasında maraqlanıb ki, onlar üçün yeni smartfonda hansı özəlliklər daha önəmlidir. Sorğuda iştirak etmiş insanların çox hissəsi isə qeyd edib ki, onlar üçün ən vacib olan smartfonun daha uzun müddət çalışması və smartfon yığımının keyfiyyətidir. Nəticədə Redmi 8 modeli 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. 18 vatt gücündə olan sürətli enerji yığma texnologiyası vasitəsilə həmin batareyanı 2 saat ərzində tam şarj etmək mümkündür.

Smartfonun sürətli şəkildə çalışması üçün şirkət ondan 2 GB RAM-ı çıxardıb və smartfona Mi Turbo 2.0 texnologiyasının dəstəyini əlavə edib. Şirkətin verdiyi məlumata əsasən Redmi 8-in sisteminin sürətli çalışması 24 aylıq istifadədən sonra yalnız 35% aşağı düşəcək. Xiaomi şirkəti bildirib ki, Snapdragon 439 prosessorunun performans göstəriciləri Snapdragon 632 prosessorunun performans göstəriciləri ilə eynidir. Beləliklə istifadəçilər hər iki halda eyni cür performansı əldə edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR