"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında veteran cüdoçuların qarşılanma mərasimi olub.
Qeyd edək ki, fərdi yarışlarda Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov, Elxan Rəcəbli və Rəsul Səlimov qızıl, Vüqar Babayev gümüş, Müşviq Cəfərov bürünc medal qazanıb.