Azərbaycanlı ər həyat yoldaşını boğaraq qətlə yetirdi

Azərbaycanlı ər həyat yoldaşını boğaraq qətlə yetirdi
18:27 17 Oktyabr 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kənd sakini Nəsibov İlqar Bahaddin oğlu həyat yoldaşını boğaraq qətlə yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, cinayəti törətmiş şəxs saxlanılıb.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

25 yaşlı qadının cəsədi Azərbaycana göndərilib. 

Bu barədə mərhumun qonşuları bildirib. Məlumata görə, ailə son üç ayı Bakıda yaşayıb və Gürcüstana dünən səhər gəlib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/795037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR