"Barselona"nın iki futbolçusu Kataloniyadakı tətilə qoşulacaqlar

"Barselona"nın iki futbolçusu Kataloniyadakı tətilə qoşulacaqlar
08:57 18 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

"Barselona" futbol komandasının müdafiəçisi Jerar Pike və hücumçu Usman Dembele Kataloniyada etiraz edənlərə həmrəylik əlaməti olaraq bugünkü məşqi şənbə gününə təxirə salıblar.
"Report" xəbər verir ki, bu barədə AS bildirib.
Məlumata görə, Pike və Dembele diskvalifikasiyaya görə İspaniya Premyer Liqasının 9-cu turunun səfər matçında "Eybar" komandası ilə sabah keçiriləcək oyunu buraxmalı olacaqlar. Usman Dembele əvvəlki oyunda qırmızı kart alaraq meydandan qovulub.
Qeyd edək ki, bu gün Kataloniya muxtar vilayətində ümumxalq tətili keçiriləcək. Küçələrə yüz minlərlə nümayişçinin çıxacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-nin-iki-futbolcusu-kataloniyadaki-tetile-qosulacaqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR