Bakıda yeni doğulmuş uşağı küçəyə atdılıar - VİDEO

Bakıda yeni doğulmuş uşağı küçəyə atdılıar - VİDEO
10:43 18 Oktyabr 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.

Oxu.Az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub.

Körpə tapılandan sonra xəstəxanaya aparılıb.

Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/293415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR