İşsizlərin sayı son bir ildə 2 dəfə artıb -

Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 195,3 min nəfər olub ki, onlardan 4 943,6 min nəfəri məşğul əhali təşkil edib.

Metbuat.az bildirir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə həm iqtisadi fəal, həm də məşğul əhalinin sayı 1,1% artıb.

Oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 74,1 min nəfər olmuş, onların 35,4%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 296,6 manat olub.

Aparılan hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə rəsmi işsiz statusuna malik şəxslərin sayı 2,1 dəfə, işsizlikdən sığorta ödənişinin orta məbləği isə 86 manat və ya 40,8% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR