Tərtər rayonunda maarifləndirmə tədbiri keçirilib (FOTO)

Tərtər rayonunda maarifləndirmə tədbiri keçirilib (FOTO)
15:15 21 Oktyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində Tərtər rayonunda maarifləndirmə tədbiri keçirilib.

Trend-in məlumatına görə, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elvin Umudov tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı barədə məlumat verib, tədbirin Tərtər rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb.

Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Tərtər Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin 5 saylı Qadın məsləhətxanasının müdiri Leyla Məmmədova öz çıxışında Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat verib. Leyla Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırıbdır ki, hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Eyni zamanda, tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb, müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3136505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR