"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
“Bununla da Azərbaycanda rəqabətqabiliyyətli, yeni və ənənəvi sahələrin inkişafı təmin edilir”, - deyə o, qeyd edib.
Bundan başqa, N.Səfərovun sözlərinə görə, hazırda Azərbaycan tikinti materiallarına olan tələbatının 90%-ni qarşılayır: “Sement, kərpic və bir sıra tikinti materialları sahəsində Azərbaycanda özünütəminat səviyyəsi əldə edilib və 90% istehsala nail olunub".