"Qarabağ" futbolçusunun təhqirlərinə, "Neftçi" isə xərək daşıyanlara görə cərimələnib

"Qarabağ" futbolçusunun təhqirlərinə, "Neftçi" isə xərək daşıyanlara görə cərimələnib
13:27 22 Oktyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsi "Qarabağ" klubunun futbolçusu Zamiq Əliyevi 3 oyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, Ağdam təmsilçisinin əvəzedici komandasında çıxış edən 18 yaşlı müdafiəçi VII turda Gəncədə "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları görüşdə təhqiredici ifadələr işlədib. Klub bununla əlaqədar 160 manat məbləğində cərimə olunub. "Qarabağ" daha 80 manat cəriməni isə 5 oyunçusunun həmin qarşılaşmada sarı vərəqə alması səbəbindən ödəməli olacaq.
"Neftçi-2"nin "Zaqatala"ya 1:2 hesabı ilə uduzduğu görüşdə isə xərək daşıyan uşaqların sayı əsasnaməyə uyğun olmayıb. Bu isə paytaxt klubuna 80 manat cərimə bahasına başa gəlib.
İntizam Komitəsi MOİK və "Sumqayıt-2" komandalarına da eyni səbəbdən cərimə kəsib. "Hərbçilər"in "Sabah"la, "gənclik şəhəri" təmsilçisinin isə "Turan Tovuz"la matçda təhlükəsizlik xidməti əməkdaşı iclasda iştirak etməyib. Hər iki klub bunun üçün 80 manat ödəyəcək. MOİK oyunun video çəkilişini aparmadığına görə də eyni məbləğdə cərimələnib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-tehqirlere-neftci-ise-xerek-dasiyanlara-gore-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR