SON DƏQİQƏ: İraq ABŞ əsgərlərini torpaqlarından qovdu

SON DƏQİQƏ: İraq ABŞ əsgərlərini torpaqlarından qovdu
13:33 22 Oktyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

İraq Suriyadan geri çəkilərək ölkəyə gələn ABŞ əsgərlərini saxlamayacaq.

Publika.az xəbər verir ki, bu barədə İraq Baş Nazirliyinə bağlı Təhlükəsizlik Mediası Şəbəkəsi tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada bildirilib ki, ABŞ qüvvələri Şimali İraq Kürd Muxtariyyətindən keçərək ölkə xaricinə çıxmaq üçün icazə alıb. Əsgərlərin qalması üçün icazə verilməsinin müzakirə mövzusu olmadığı qeyd edilib.

Ötən gün İraq torpaqlarına daxil olan ABŞ əsgərlərinin Ənbərdəki Eynül Əsəd və Beynəlxalq Ərbil Hava limanında yerləşdiriləcəyi iddia olunmuşdu.

ABŞ Müdafiə naziri Mark Esper iki gün əvvəl verdiyi açıqlamada prezident Donald Trampın qərarı ilə Suiyadan geri çəkilən 1000-ə yaxın amerikalı əsgərin İranın qərb bölgəsinə göndəriləcəyini bildirmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/293793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR