Türkiyə hökuməti Suriyadakı itkilərini açıqlayıb

Türkiyə hökuməti Suriyadakı itkilərini açıqlayıb
15:32 22 Oktyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın şimal-şərqindəki “Barış pınarı” antiterror əməliyyatı zamanı 7 hərbi qulluqçu şəhid olub, 90 nəfər yaralanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Nadidə Şəbnəm Aktop məlumat verib.
O, atəşkəs elan olunandan etibarən kürd dəstələri tərəfindən 42 dəfə razılaşmanın pozulması halının qeydə alındığını, PKK/YPG dəstələrinin təhlükəsizlik bölgəsindən çəkilməsinin davam etdiyini diqqətə çatdırıb.
“TRT World” xəbəri verir ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Barış pınarı” əməliyyatı zamanı azı 20 nəfər mülki şəxsin, 7 türk hərbçisinin, 79 nəfər Suriya Milli Ordusuna məxsus döyüşçünün həlak olduğunu, 775 terrorçunun öldürüldüyünü və ya təslim olduğunu, 2200 kvadrat kilometrədək ərazinin terrordan təmizləndiyini açıqlamışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-hokumeti-suriyadaki-itkilerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR