Salyanda “Priora” toyuq daşıyan maşınla toqquşdu, mağazaya girdi - FOTO

Salyanda “Priora” toyuq daşıyan maşınla toqquşdu, mağazaya girdi - FOTO
10:27 23 Oktyabr 2019
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyanın Kərimbəyli kəndindən keçən hissəsində yol-nəqliyyat qəzası baş verib. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, kənd sakini Xalid Həşimovun idarə etdiyi "Priora" markalı 10 UH 090 dövlət nömrə nişanlı minik maşını, Neftçala rayonunda yerləşən Qaraqaşlı broyler fabrikinə məxsus, rayon sakini Elmar Məmmədovun idarə etdiyi 99 JD 552 dövlət nömrə nişanlı, diri toyuq yüklənmiş "İSUZU" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində idarəetməni itirən "Priora" kənd sakini Qədir Məmmədova məxsus tikintisi başa çatmamış mağazaya çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/796334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR