Bakı, 15 may, AZƏRTAC
“PAŞA Həyat” sığorta şirkəti “həyatın müddətli sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişlərini həyata keçirib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, müxtəlif vaxtlarda baş verən və ölümlə nəticələnmiş üç sığorta hadisəsinə görə “PAŞA Həyat” şirkəti ümumilikdə 75 min manat həcmində sığorta ödənişi edib.
Zərərçəkmiş şəxslərlə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, vəfat etmiş üç sığortalı şəxsin hər birinin ailəsinə 25 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.