ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib
23:27 23 Oktyabr 2019
36 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqton, Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün ABŞ prezidenti Donald Tramp elan edib.

Vaşinqton administrasiyasının rəhbəri deyib: "Mən, maliyyə naziri Stiven Mnuchinə oktyabrın 14-də tətbiq olunan bütün sanksiyaların ləğvinə dair göstəriş verdim".

Eyni zamanda, ABŞ-ın lideri Türkiyənin Suriyadakı addımlarından razı qalmadıqları təqdirdə, sanksiyaları bərpa etməyə hazır olduğunu açıqlayıb.

Tramp, Ankaranın Suriya aid üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, Türk poladına və Türkiyədən gətirilən digər mallara rüsumları əhəmiyyətli dərəcədə artıracağını söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/796632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR