19 yaşlı hücumçu Çempionlar Liqasında yeni rekod müəyyənləşdirib

19 yaşlı hücumçu Çempionlar Liqasında yeni rekod müəyyənləşdirib
11:02 24 Oktyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Avstriya "Zaltsburq"unun futbolçusu Erlinq Holand Çempionlar Liqasının rekordçusu adına yiyələnib.
"Report"un məlumatına görə, norveçli hücumçu buna qrup mərhələsinin ardıcıl 3 turunda 6 qol vurmaqla nail olub. 19 yaşlı forvard son olaraq, İtaliya "Napoli"si ilə görüşdə "dubl" edib. O, ilk turda Belçika "Genk"ini 3, növbəti turda isə İngiltərə "Liverpul"unu 1 dəfə məyus edib.
Əvvəlki rekord Didye Droqbaya məxsus olub. Kot dİvuarlı forvard Fransa "Marsel"ində çıxış etdiyi vaxt 2003/2004 mövsümündə ilk 3 tur ərzində 5 dəfə fərqlənib.
Qeyd edək ki, Erlinq Holann Polşada 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatında bombardir olduqdan sonra məşhurlaşıb. O, yalnız bir görüşdə - Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri matçda 9 qol vurub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/19-yasli-hucumcudan-cempionlar-liqasi-rekordu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR