Sabirabadda 60 yaşlı kişi özünü Kür çayına atdı - FOTO

Sabirabadda 60 yaşlı kişi özünü Kür çayına atdı - FOTO
13:37 24 Oktyabr 2019
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, 2 saat əvvəl Kür çayı üzərindəki Sabirabad şəhəri ilə Cavad kəndini birləşdirən körpüdən Yolçubəyli kənd sakini Hümbətov Qaraxan adlı 60 yaş civarında olan kişi özünü ataraq intihar edib.

İlkin məlumatlara görə o, əvvəl 102-yə zəng edərək intihar edəcəyini bildirib. Sonra maşından düşərək özünü körpüdən çaya atıb.

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, Sabirabad rayonunun Cavad kəndi ərazisində, Kür çayında batdığı ehtimal olunan 1960-cı il təvəllüdlü Hümbətov Qaraxan Abdulxan oğlunun axtarışları başa çatıb.

Q.Hümbətovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Elçin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/796756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR