Dani Kintana: "Qurban Qurbanov fasilədə qeyri-adi heç nə demədi"

Dani Kintana: "Qurban Qurbanov fasilədə qeyri-adi heç nə demədi"
23:57 24 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

"Bəxtimiz gətirmədi. Epizodlara baxsaq, rəqibdən üstün oynadığımızı düşünürəm. Öz səhvlərimiz də vardı. Ümumi götürsək, bəxt çatışmazlığı oldu".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana UEFA Avropa Liqasının III turunda Kipr APOEL-i ilə Bakıda 2:2 hesablı heç-heçədən sonra söyləyib.
Oyunun 13-cü dəqiqəsində hesabı açan ispaniyalı yarımmüdafiəçi fasilədə baş məşqçi Qurban Qurbanovun qeyri-adi heçə demədiyini bildirib: "Qol buraxandan sonra istər-istəməz əhvalına təsir edir. İlk hissəni pis keçirmədik. Baş məşqçi fasilədəeyni tərzdə oynamağa davam etməli olduğumuzu dedi. Qeyri-adi nəsə demədi. Təbii ki, nəticədən razı qala bilmərik. Hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, bəlkə də, nəsə deyə bilərik. Amma cavab matçı da var. Kiprə qalib ruhu ilə yollanmalıyıq ki, müsbət nəticə ilə dönək".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dani-kintana-qurban-qurbanov-fasilede-qeyri-adi-hec-ne-demedi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR