Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi minik avtomobilləri üçün duracaqların təşkili işləri sürətləndirilib.
Metbuat.az BNA-ya istinadən xəbər verir ki, bu həftə ərzində 12 küçə və prospektdə duracaqlar təşkil edilib.
Qeyd edək ki, bu işlər Bakı Nəqliyyat Agentliyi tərəfindən davamlı olaraq həyata keçiriləcək.


