Bakıda qadının uşaq arabasından düşən pulqabını götürüb qaytarmayan şəxs saxlanılıb

Bakıda qadının uşaq arabasından düşən pulqabını götürüb qaytarmayan şəxs saxlanılıb
14:32 26 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qadının pulqabını götürüb qaytarmayan şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 23-də paytaxtın Nərimanov rayonu, S.Vurğun küçəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü N.Əliyevanın içərisində 1150 manat, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabı uşaq arabasından düşüb. Bu zaman orada olan naməlum şəxs həmin pulqabını götürərək ərazidən uzaqlaşıb.
Daha sonra N.Əliyeva "102" Xidməti-Zəng Mərkəzinə müraciət edib.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü E.Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qadinin-pulqabini-yerden-goturub-qaytarmayan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR