Norveçdə PKK tərəfdarları türklərə hücum etdi - VİDEO

Norveçdə PKK tərəfdarları türklərə hücum etdi - VİDEO
12:47 27 Oktyabr 2019
109 Dünya
Ölkə mətbuatı
A- A+

Norveçin paytaxtı Osloda PKK terror qruplaşmasının tərəfdarları etnik türklərin maşınına hücum edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Oslonun Türkiyədəki səfirliyindən verilən məlumata görə, terrorçuların tərəfdarları içərisində Suriyadan "Sülh mənbəyi" əməliyyatına dəstək aksiyasından qayıdan türklərin olduğu avtomobili daşlayıb.

Polis gözyaşardıcı qazdan istifadə edərək PKK tərəfdarlarını ərazidən uzaqlaşdırmağa müvəffəq olub. Terrorçuların iki tərəfdarı saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/797524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR