Rusiyanın paytaxtı Moskva şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstü ucaldılıb.

Metbuat.az "Report"-a istinadən bildirir ki, abidə Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda qoyulub.

Səfirlikdən verilən məlumata görə, abidənin açılışı oktyabrın 30-da baş tutacaq.

Qeyd edək ki, abidə “Nəsimi ili” çərçivəsində ucaldılır.