ABŞ-ın Kaliforniya ştatında universitetlərdən birində mühazirə ilə çıxış edən tanınmış ekspert, ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Poznerin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə azərbaycanlı qızın cavabı maraqla qarşılanıb. Belə ki, Qarabağın Ermənistanın olduğunu deyən Poznerə auditoriyada əyləşmiş Arzu Məmmədova (Cahid) belə bir sual ünvanlayıb:
"Adım Arzudur və mən Qarabağ, Azərbaycandanam. Jurnalistlər tərəfsiz olmalıdır. Xüsusilə də sizin kimi jurnalist. Dağlıq Qarabağ rəsmi olaraq erməni qoşunları tərəfindən işğal olunmuş ərazidir. BMT qətnamələrində də erməni ordusunun dərhal geri çəkilməsi tələb edilir. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da Dağlıq Qarabağın ərazisini müstəqil bölgə kimi tanımır.
Qərəzsizlik qanununa göz yumaraq Ermənistanı dəstəkləyə bilərsiniz. Ancaq mövqeyinizi ifadə edən zaman mən və ailəm daxil olmaqla minlərlə azərbaycanlı köçkünə ayrıseçkilik etdiyiniz zaman uşaqların, qadınların, qocaların öldürülməsini dəstəkləyən zaman söz azadlığı ilə nifrət nitqinin arasındakı xətt hardadır?"
Belə bir sualı gözləməyən Pozner Arzunun sualına ümumi cavab verərək mövzunun auditoriya üçün elə də maraqlı olmadığını bildirib və söhbətin məğzini dəyişib.
Məlum hadisədən sonra səlis nitqi və özünəəmin çıxışı ilə hər kəsin marağına səbəb olan Arzu Məmmədovanı bir qədər yaxından tanıyaq.
A. Məmmədova bu günə kimi həm ölkədə, həm də xaricdə bir çox layihəyə rəhbərlik edib. Moskva Dövlət Universitetinin Bakı filialını qırmızı diplomla bitirən Arzu ingilis, ispan, rus və bir çox dilləri bilir. Bundan öncə "Nargis Magazine" saytının baş redaktoru vəzifəsində çalışıb və özünü və ölkəni dünya arenasında təmsil etmək üçün xaricdə təhsil almaq qərarına gəlib. Hazırda San Fransiskoda Lokalizasiyaların idarə edilməsi üzrə təhsilini davam etdirir.
Metbuat.az xəbər verir ki, qafqazinfo-ya qısa açıqlamasında Poznerin ermənipərəstliliyini çoxdan bildiyini qeyd edib. Arzu onun mühazirə deyəcəyini eşidən zaman araşdırma edərək qatılmaq qərarına gəlib:
"Pozneri araşdırdırarkən qarşıma xeyli mənasız sitatları çıxdı. Hətta amerikanı "qoyunlar ölkəsi" adlandırır.
Sözün düzü, mən ondan daha sərt cavab gözləyirdim. Bütün vəziyyətlərə də özümü hazırlamışdım. Auditoriyadada erməniyə oxşatdığım kəslər də var idi, ancaq heç kimdən cavab almadım. Mənim faktlarım hazır idi. Populist danışıq mənlik deyil. Sadəcə soyuqqanlı çıxış edəcəkdim. Məncə, alındı.
Sözlə ifadə edə bilməyəcəyim qədər dəstək mesajı almışam. 3 gündür yata bilmirəm, amma həyatımda belə hisslər yaşamamışam. Dünyanın hər nöqtəsindən azərbaycanlılar yazır".
Arzu Məmmədova təhsili ilə yanaşı hazırda herstory.az layihəsini də idarə edir. Azərbaycan tarixi xanımının gözü ilə şüarı altında 200-ə yaxın azərbaycanlı qadının həyat hekayələrini izləyiciləri ilə bölüşüb:
""Herstory" həyatımda ən sevdiyim işlərimdəndir. Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımın sevgi hekayəsini eşidəndən sonra təsirindən çıxa bilməmişdim. Baxdım ki, bu qadınlar haqqında çox az adam məlumatlıdır. Tarixi, ağ qara şəkilləri sevən biri kimi layihəyə başlamaq qərarı aldım.
Layihədə haqqında yazdığım azərbaycanlı qadınların hər birinin həyatı tam bir ssenaridir. 3 dildə aparıram, yazılarımı anam redaktə edir, bacılarım ekskluziv şəkillər tapıb mənə göndərir, izləyicilərim bəzən hansısa qadın haqqında yazmağımı məsləhət görür. Gördüyüm işlər zamanı belə dəstəyin olması əvəzsizdir.
Tariximizdəki qadınlarımızın yolu elə də güclü tanınmır. Bizim bəzən şərqdə, bəzən isə elə Avropada da ilkə imza atan qadın alimimiz, pilot təyyarəçimiz, balerinamız, bəstəkarımız olub. Bu tarixi bilmək və yaşatmaq lazımdır".
Poznerin cavabını verən Arzu kimdir?
Həmçinin oxu
Xəsarət alan müavin Qurbanovun qohumu imiş - FOTO
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı
Bu gün
·
15:15
Xəsarət alan müavin Qurbanovun qohumu imiş - FOTO
Bu gün
·
15:07
ADY Çindən qəbul etdiyi blok-qatarların sayını artırıb
Bu gün
·
15:04
Naxçıvanda vergi daxilolmaları artıb
Bu gün
·
14:39
Azərbaycan fındıq ixracını artırıb
Bu gün
·
14:16
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
Bu gün
·
13:47
Konqoda Eboladan ölənlərin sayı 4 mini keçdi
Bu gün
·
13:46
Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Bu gün
·
13:34
Əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Bu gün
·
13:14
3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirildi
Bu gün
·
12:49
Oktyabrın 9-nun havası açıqlandı
Bu gün
·
12:38
Sumqayıtda dənizdə batan yaşlı kişinin meyiti tapıldı
Bu gün
·
12:32
Sosial müavinət alanların nəzərinə
Bu gün
·
12:28
Türkmənbaşıda 8-ci Məşvərət görüşü keçirildi - FOTO
Bu gün
·
12:25
Mərkəzi Asiya və Azərbaycan liderləri Birgə Bəyanat yayıb
Bu gün
·
12:19